\"Bu prosesə Moskva mane ola bilməyəcək\" - Erməni separatçılarını narahat edən reallıqlar

\
""Xankəndi Azərbaycanın nəzarətinə kecəcək” cümləsi Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub. Ermənilər iddia edirlər ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılmasıyla bağlı bənd yoxdur. Ona görə də də guya Xankəndi rəsmi Bakının tabeçiliyinə verilə bilməz. Belə bir bənd bəyanatda yoxdursa, erməni separatçıları niyə narahat olublar?”.
 
Sfera.az-ın məlumatına görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Politoloq qeyd edib ki, erməni separatçılarının narahatlığı üçün əsaslar kifayət qədərdir:

"Birincisi, Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Ancaq Azərbaycan yerdə qalan hədəflərə də çatmalıdır. Misal üçün Prezident İlham Əliyev də qeyd edib ki, "biz Xocalıya qayıdacağıq”.
 
Bu o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar. Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankədinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları anlayırlar. 

İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan ordusunun bölmələri Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan ordusu Qarabağda tədricən irəriləyir. Bu Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə postlarımızı iləri çəkməliyik”.

Politoloq bildirib ki,  Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan ordusunun irəriləməsinə mane ola bilməyəcək:

"Ona görə də erməni separatçıları yeganə həll yolunu Rusiyanın bu prosesin qarşısını almaqda görürlər. Erməni separatçıları istəyirlər ki, Azərbaycan ordusunun yenə əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərinin Qarabağda saylarının artmasıyla bağlı şübhələr var. Halbuki, 10 noyabr bəyanatına görə rusiyalı hərbçilərin Qarabağdakı sayı 1960 nəfər olmalıdır. Ancaq hətta sayın artıq olduğunu fərz etsək, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur. Digər tərəfdən erməni separatçıları ondan da qorxurlar ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirə bilər. 

Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşmələri və fikir mübadilələri aparması də erməni separatçılarını narahat edir. Bakı ilə Ankara Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan - Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün, Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur”.

E.Şahinoğlunun sözlərinə görə, İrəvan Ərdoğanın Şuşaya gəlişinə baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Laçın dəhlizi üzərindən Xankəndiyə gəlişi ilə cavab verə bilər:

"Ancaq Paşinyan anlamalıdır ki, seçki öncəsi Xankəndiyə gələrsə, Qarabağ erməniləri keçmiş dövrlərdən fərqli olaraq onu bu dəfə gül-çiçəklə qarşılamayacaqlar. Paşinyanın Xankəndiyə gəlişini Moskva da istəməz. Çünki, bu hal həm Qarabağda, həm də azərbaycanlılarla ermənilərin arasında dayanan rusiyalı hərbçilərin problemlərini artırar. Onsuz da Azərbaycanda ən çox səslənən tələblərdən biri budur ki, Laçın dəhlizi nəzarət altına alınmalıdır. 
Aydındır ki, Rusiya Gürcüstanda, Moldovada və Ukraynada formalaşdırdığı separatçı bölgələr vasitəsilə "parçala və hökm sür” siyasətini həyata keçirir. Rusiyanın Qarabağda hərbçilərinin yerləşdirilməsinin məqsədi də budur. Ancaq Rusiyanın Qarabağda hərbi varlığının Moskva üçün çətinlikləri də var. Moskva erməni separatizminin ayaqda qalmasına çalışaraq Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsini istəməsə də, Bakı ilə Ankaranın Qarabağda birgə atacağı addımları neytrallaşdırmaqda çətinlik çəkəcək. Moskvada onu da anlayırlar ki, Qarabağda separatizmin yox edilməsinin əngəllənməsi Azərbaycan və Türkiyə ilə indiki tərəfdaşlıq münasibətlərini poza bilər”.

Günay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...