Bu proqramlar üzrə təhsil alanlar ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək

Bu proqramlar üzrə təhsil alanlar ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək
Nazirlər Kabineti "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ni açıqlayıb.
 
ONA-nın məlumatına görə, qərara əsasən, abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə aparılır:
 
 
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
 
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
 
- Yüksək yerləşdirmə (Advanced Placement).
 
Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...