Bu peyvəndin qoruyuculuğu 47 faizə düşdü - DİQQƏT
16:42 / 05.10.2021
1066
Dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan "The
Lancet"də BioNTech-Pfizer peyvəndinin 2 dozadan sonra qoruma nisbətinin 88
faizdən 47 faizə düşdüyü qeyd edilib.
Sfera.az xəbər verir ki, sözügedən peyvəndin "Delta”
və buna bənzər yeni variantlara qarşı təsirli olduğu bildirilsə də, araşdırmalar
nəticəsində müəyyən şübhələr ortaya çıxıb.
Peyvənd 2 dozadan sonra ilk ay "Delta” variantına
qarşı 93 faizlik müdafiə təmin edib və bu nisbət 4 aydan sonra 53 faizə düşüb.
Peyvəndin digər yeni mutasiyalardan qorunma nisbətinin 97 faizdən 67 faizə
düşdüyü deyilib.
Tədqiqatçılar, faizlərin azalmasının daha çox
yoluxucu variantlardan deyil, vaksinin effektivliyinin azalmasından qaynaqlandığını
qeyd ediblər.
Bu baxımdan peyvəndin üçüncü dozasının istifadəsinin
də qarşıdakı zaman ərzində zəruri olduğu bildirilib.
Əzizə Zeynal