Bu peyvənd \"Omicron\"a qarşı 90 faiz effektivdir - Tibb elmləri doktoru açıqladı
17:30 / 02.12.2021
873
"İsraildə ilkin müşahidələr onu deməyə əsas verir ki, "BionTech” "Omicron"a qarşı təxminən 90% effektivlik göstərir”.
Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru
Nuran Abdullayev deyib. Onun sözlərinə görə, bu tədqiqat ümumi dünyadakı vəziyyəti dəyişdirə bilər.
"Elmi cəhətdən "Omicron"un "Delta”dan zəif yoluxdurucu olma ehtimalı da var. Amma onun eyni zamanda peyvəndlərin effektivliyini aşağı salma ehtimalı bu gün tam inkar edilə bilmir. Bu problemdən çıxış yolu effektiv buster peyvəndlər olacaq”, - deyə mütəxəssis qeyd edib.
N.Abdullayev, həmçinin bildirib ki, artıq bir çox Avropa ölkələri "Omicron"un rəsmi qeyd edildiyi zamandan daha da öncə Avropada olduğunu təsdiq edən faktları araşdırırlar.
Günay Rəsulqızı
Sfera.az