“Bu öskürəklərin birində nəfəsim gedəcək...” – Aytən Səfərova koronavirusa yoluxdu
23:48 / 23.03.2021
7266
Tanınmış aparıcı Aytən Səfərova koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə
hesabında paylaşım edib.
"Covid-19-a yarı ciddi yanaşan birinin test
cavabları bu gün müsbət çıxdı. Ümid edirəm, hər şey yaxşı olacaq. Amma hiss
edirəm ki, bu öskürəklərin birində nəfəsim gedəcək və qaytara bilməyəcəm. Kim xəstədirsə,
yastığı yüngül olsun. İnşallah bu bəla tezliklə ölkəmizdən, dünyamızın üzərindən
keçər” -, deyə aparıcı qeyd edib.