Bu ölkənin Prezidenti dünyasını dəyişdi
13:00 / 10.06.2020
3200
Burundi Prezidenti Pyer Nkurunziza vəfat edib.
Sfera.az xəbər verir ki, 55 yaşlı Prezidentin ölüm səbəbi ürək tutması olub. P.Nkurunziza 2005-ci ildən ölkəyə rəhbərlik edib. Onun prezidentlik müddəti avqustda başa çatmalı idi.
Bu ilin mayında keçirilmiş seçkilərdə Evarist Ndayşiemie prezident seçilib.