No Image
No Image

Bu ölkələr Aİ-92-dən istifadə etmir - SİYAHI

Bu ölkələr Aİ-92-dən istifadə etmir - SİYAHI
Azərbaycanda bu gündən etibarən Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin qiyməti 1 manat, dizel isə 80 qəpik müəyyənləşib. Bu qərar elan edildiyi andan etibarən sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Vətəndaşlar bu artımı zəruri edən səbəblər axtarmağa çalışıblar. 

Sfera.az-ın verdiyi xəbərə görə, SOCAR izahatında qeyd edib ki, Aİ-92 markalı benzinin keyfiyyətini artırmaqla ekoloji zərərini azaltmaq, dizelin ekoloji zərərini minimuma endirmək üçün benzinə üstünlük verilməsini təşviq etmək üçün bu addımın zəruri olduğunu qeyd edib.

Belə ki, Aİ-92 markalı benzin dünyanın əksər ölkələrində ekoloji zərərinə görə istifadə edilmir. Hazırda 50-yə yaxın ölkədə Aİ-92 markalı benzin işlənilmir. Onların sırasında Türkiyə, Polşa, Macarıstan, Çexiya, Avstriya, Latviya, İspaniya, Estoniya, İsveçrə, İsveç, Norveç, Niderland, Fransa, Danimarka və Belçika da var. Göründüyü kimi Avropa ölkələrinin 99 faizi ekoloji baxımdan əlverişli olmadığı üçün bu benzindən istifadə etmir. 

Digər ölkələrdə isə Aİ-92 markalı benzinin qiyməti Belarusda 1.13 AZN, Gürcüstanda 1.15 AZN, Ermənistanda 1.19 AZN, Ukraynada 1.44 AZN, Moldovada 1.61 AZN, Almaniyada 2.86 AZN-dir. 

Aİ-92 markalı benzindən imtina edən ölkələrdə isə Aİ-95 və Aİ-98 markalı benzinə üstünlük verilir. Bu yanacaq növündə isə qiymətlər 3 yaxud 4 ölkədə Azərbaycanda 2-5 qəpik aşağıdır. Əksər ölkələrdə benzinin bu növünün qiyməti 1,5-3,7 manatdır.

Dizel də Azərbaycanda çox istifadə edilən yanacaqdır. MDB və Avropa ölkələrində ən ucuz dizel Azərbaycandadır. Dizel Rusiyada 1,11 manat, Belarusda 1,19 manat, Gürüstanda 1,21 manat, Ermənistanda isə 1,15 manatdır. Digər Avropa ölkələrində isə dizelin qiyməti 1,5-2,8 manat arası dəyişir.
 
(qafqazinfo)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu ölkələr Aİ-92-dən istifadə etmir - SİYAHI

Azərbaycanda bu gündən etibarən Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin qiyməti 1 manat, dizel isə 80 qəpik müəyyənləşib. Bu qərar elan edildiyi andan...

Birinci Qarabağ müharibəsindən tarixi FOTOLAR

Sosial şəbəkələrdə Birinci Qarabağ savaşından unikal fotolar yayımlanıb.  Sfera.az  xəbər verir ki, ilk dəfədir ictimailəşdirilən fotolarda...

Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO

Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb. Sfera.az xəbər verir ki, bunun üçün bir sıra tələblər irəli sürülüb. Maraqlı ...

Ermənistan Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdi - FOTO

Ermənistanın İctimai radiosu türkiyəli müğənni Sərdar Ortacın şəklindən istifadə edərək ölkələrinin vətəndaşlarını aldadıb. Erməni ordusu tərəfindən öldür...

Ermənistan prezidentinin oğlu döyüşdən qaçdı - Xalq etiraz edir + FOTO

Dağlıq Qarabağda müharibə başlayandan sonra Ermənistan prezidenti Armen Sarkisyanın oğlu Ayk Sarkisyan yenidən yada düşüb. Sfera.az xəbər verir ki, Erməni...

Azərbaycanla bağlı saxta videoları bu şəxs hazırlayır - FOTO

"Azərbaycan və onun Silahlı Qüvvələrinə dair saxta video və fotoların hazırlanmasında Aram Qabrelyanov adlı şəxs mühüm rol oynayır”. Sfera.az  xəbər ...