Bu ölkədə yer olmadığına görə meyitlər koronavirusdan müalicə olunanlarla eyni otaqda saxlanılır - VİDEO - FOTO

Bu ölkədə yer olmadığına görə meyitlər koronavirusdan müalicə olunanlarla eyni otaqda saxlanılır - VİDEO - FOTO
 

Koronavirusa əhəmiyyət verilməyən ölkədə xəstəxanalarda və morqlarda yer qalmayıb.

Sfera.az  haberler-ə istinadla xəbər verir ki, karantin rejimi tətbiq edilməyən Braziliyada meyitlər koronavirusdan müalicə edilən şəxslərin yanında saxlanılır. Morqlarda yer olmadığına görə cəsədlərin bir qismi çöldə qalıb.

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 725 nəfər yoluxub. Beləliklə, bu ölkədə koronavirusa yoluxanların sayı 1,192,474-ə çatıb. 53874 nəfər Covid-19 səbəbindən dünyasını dəyişib. Onlardan 118-i tibb bacısıdır.
 Lakin bütün bunlara baxmayaraq Braziliyada karantin rejimi tətbiq olunmayıb. Braziliyada keçirilən karnavaldan bir gün sonra, fevralın 26-da ilk dəfə COVİD-19 infeksiyasına yoluxma halı təsdiqlənib. Koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir müddət əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.



OXŞAR XƏBƏRLƏR