Bu ölkədə \"TikTok\" yükləmək qadağan edilir
20:45 / 18.09.2020
3668
ABŞ hökuməti ölkə ərazisində Çinin "TikTok” və "WeChat” mobil tətbiqlərinin yüklənməsini qadağan edir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar sentyabrın 20-dən qüvvəyə minəcək.
Qeyd olunur ki, "Apple”, "Google” və digər şirkətlərə ABŞ-da Çin mobil proqramlarını platformalardan silmək tapşırılıb.
Bununla belə, hazırda bu proqramları işlədən istifadəçilərə onları silmək tapşırılmayacaq, amma proqramların yeni versiyalarını yükələmək mümkün olmayacaq.