Bu ölkədə küçəyə çıxanlar cərimələnəcək - 95 AVRO
Dünya
23:46 / 19.01.2021
3779
Niderlandda sabahdan etibarən komendant saatı tətbiq ediləcək.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Huqo de Yunqe bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə tətbiq olunacaq komendant saatı fevralın 9-dək davam edəcək.
Komendant saatı qaydalarını pozaraq küçəyə çıxan sakinlər 95 avro məbləğində cərimələnəcək.