Bu ölkədə koronavirusa yoluxanların sayı 23 minə çatır
19:15 / 25.07.2020
3452
Moldovada son sutka ərzində daha 345 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 6 nəfər vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, Moldovada COVID-19-a yoluxanların sayı 22 828 nəfərə çatıb. Ümumilikdə, bu ölkədə koronavirusdan ölənlərin sayı 732 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 15 608 nəfər təşkil edib.
Xatırladaq ki, Moldova hökuməti ölkədəki xüsusi karantin rejimini avqustun 31-dək uzadıb.