Bu ölkədə hökumət hamiləlik əleyhinə həb əvəzinə görün nə payladı - Onlarla qadın hamilə qaldı

Bu ölkədə hökumət hamiləlik əleyhinə həb əvəzinə görün nə payladı - Onlarla qadın hamilə qaldı
Cənubi Amerika ölkəsi olan Çilidə hökumət əhalinin sayını artırmaq üçün inanılmaz addım atıb.
 
Sfera.az xəbər verir ki, bu barədə yayılan iddialara görə, hökumət bunun üçün hamiləlik əleyhinə həb əvəzinə şəkər həbi (placebo) paylayıb. Bu səbəblə ötən ildən bu günə qədər 150 qadın plansız şəkildə hamilə qalıb. Bu da qadınların etirazına səbəb olub.

Məlumata görə, ötən ilin avqust ayında 276 min 890 paket doğuşa nəzarət həbi satışdan yığışdırılıb. Məlum olub ki, "Anulette CD" adlı həmin həblər hamiləlik əleyhinə kontraseptiv yox, şəkər həbləridir. 

Çilidə əksər Latın Amerikası ölkələrində olduğu kimi abort etmək qadağandır. Belə ki, təcavüzə məruz qalmadığın və ya həyati təhlükə mövcud olmadığı halda abort edə bilməzsən. Bu səbəbdən qeyd edilir ki, hamilə qalan qadınlar çıxılmaz vəziyyətdə qalıblar. Onların bir qismi həyatını təhlükəyə ataraq gizli aborta gediblər.

Qeyd edək ki, məsələ ilə bağlı mütəxəssislər araşdırmalara başlayıblar. "Corporacion Miles” adlı qeyri-hökumət təşkilatı da bu istiqamətdə rəsmi araşdırma  tələb edib. 

Hələlik, nə hökumət, nə də həbləri istehsal edən şirkət məsuliyyəti öz üzərinə götürür. Onlar baş verənlərdə bir-birilərini günahlandırırlar. Ancaq istehsalçı şirkət keyfiyyət problemləri əsas gətirilərək 92 min dollar cərimələnib. 

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...