Bu ölkədə 15 nəfər saxta içkilərdən ÖLDÜ
19:15 / 04.07.2020
6246
Qazaxıstanda 15 nəfər kustar üsulla hazırlanmış içki qəbulu nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq həmin içkiləri hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs olunub. Nazirliyin məlumatında qeyd olunur ki, Arkalıke şəhərində etanol zəhərlənməsi ilə reanimasiyaya 13 nəfər yerləşdirilib, onlardan 11-i dünyasını dəyişib, Akmola bölgəsində isə 4 nəfər ölüb.