\"Bu ölkə vaksinlənməsə, pandemiya bitməyəcək\" - Professordan AÇIQLAMA
14:39 / 01.12.2021
836
Peyvənd əldə edə bilməyən Cənubi Afrika, Hindistan
və Braziliya kimi ölkələrdə yeni mutasiyaların ortaya çıxması təsadüfi deyil.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Koronavirus
Elmi Komitəsinin üzvü professor Alper Şener deyib. Professor pandemiyanın bitmə
tarixinin Cənbui Afrika ilə bağlılığına diqqət çəkib:
"Peyvəndlənmənin yüksək olduğu ölkələrdə yeni
ştammların yaranması ehtimalı çox aşağıdır. Cənubi Afrikada peyvəndləmə prosesi
getməsə, pandemiyanın bitməsi sadəcə xəyal olaraq qalacaq",- deyə A.Şener
qeyd edib.
Əzizə Zeynal