\"Bu ölkə vaksinlənməsə, pandemiya bitməyəcək\" - Professordan AÇIQLAMA

\
Peyvənd əldə edə bilməyən Cənubi Afrika, Hindistan və Braziliya kimi ölkələrdə yeni mutasiyaların ortaya çıxması təsadüfi deyil.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Koronavirus Elmi Komitəsinin üzvü professor Alper Şener deyib. Professor pandemiyanın bitmə tarixinin Cənbui Afrika ilə bağlılığına diqqət çəkib:

"Peyvəndlənmənin yüksək olduğu ölkələrdə yeni ştammların yaranması ehtimalı çox aşağıdır. Cənubi Afrikada peyvəndləmə prosesi getməsə, pandemiyanın bitməsi sadəcə xəyal olaraq qalacaq",- deyə A.Şener qeyd edib.
 
Ommikron variantının peyvənddən yayınma xüsusiyyəti ilə bağlı hələ də bəzi sual işarələrinin olduğunu vurğulayan Şener, "Sinovac" və "Türkovac"ın "Omicron" variantına qarşı daha güclü anticisimlər yarada biləcəyini ifadə edib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR