Bu ölkə koronavirusa QALİB GƏLDİ - Rəsmi olaraq elan edildi

Bu ölkə koronavirusa QALİB GƏLDİ - Rəsmi olaraq elan edildi
 Çin hökuməti bir müddət əvvəl iddialı açıqlama vermişdi ki, ölkə koronavirusa son qoyub. İndi də Asiyanın başqa bir ölkəsi bunu elan edib.

Sfera.az xəbər verir ki, Vyetnam koronavirusun axırına çıxdığını bildirib. Bir həftədir ölkədə heç bir yeni virus daşıyıcısı qeydə alınmır. Böyük şəhərlərdə həyat bərpa olunmağa başlayıb. Mağazalar, kafelər, məktəblər açılıb. İctimai nəqliyyat işə düşüb. Düzdür, Hanoy və Hoşimində məhdudlaşdırma davam edir. Amma sosial məsafəni qorumaq və maska taxmaqla həyata davam etmək mümkündür.

Vyetnamda həyəcan təbili xeyli əvvəl çalınmışdı. Yanvarda bütün məktəblər bağlanmışdı. Martın 16-dan isə sərt karantin rejiminə keçilmişdi. Bundan 9 gün sonra bütün aviareyslər ləğv edilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında Vyetnamın uğuru xüsusi qeyd olunur. Ölkədə indiyə qədər cəmi 268 virus daşıyıcısı qeydə alınıb. Halbuki Vyetnam Çinlə qonşudur, koronavirusun episentri sayılan Vuhan şəhərinə çox yaxındır. Ümumdünya Səhiyyə Təşkilatının bu Asiya ölkəsindəki nümayəndəsi Kidun Park hökumətin məsuliyyətini ayrıca fərqləndirib. Yaşlı adamlar deyir ki, müharibədən sonra heç vaxt belə sərt intizam görməmişdilər.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...