Bu ölkə Əfqanıstana 3 milyon dollar yardım göndərəcək
13:29 / 13.09.2021
642
Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta, keçən ay Əfqanıstana verilən 3 milyon dollarlıq yardımın ardınca daha 3 milyon dollarlıq humanitar yardım göstərəcəklərini açıqlayıb.
Sfera.az xəbər verir ki, Zelandiyanın xarici işlər nazirliyi rəsmi açıqlama verərək, göstərdikləri humanitar yardımın xüsusilə, qadınlara və uşaqlara çatmaq üçün UNICEF və Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fonduna verildiyini bildirib.
BMT-nin hesablamalarına görə, Əfqanıstanda didərgin düşən insanların 80 faizinin qadın və uşaq olduğunu qeyd edən nazir, onların daha çox köməyə ehtiyacı olduğunu qeyd edib.
Əzizə Zeynal
Sfera.az