Bu ölkə də “Avroviziya”dakı səsvermədən narazıdır

Bu ölkə də “Avroviziya”dakı səsvermədən narazıdır
Rumıniya da "Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final səsverməsindən narazıdır.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin TVR telekanalı bəyanat yayıb.

Qeyd olunur ki, Rumıniya peşəkar münsiflər heyəti 12 xalı Moldovaya versə də, təşkilatçılar həmin xalları Ukraynanın xeyrinə hesablayıb. 

Rumıniya tərəfi Avropa Yayım Birliyinin bu addımından təəccübləndiyini bildirib.

Qeyd edək ki, Rumıniyanı müsabiqədə "Llámame” adlı mahnı ilə WRS təmsil edib. O, münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 18-ci pillədə qərarlaşıb.
 

 

OXŞAR XƏBƏRLƏR