\"Bu, o deməkdir ki, getsin öz işiylə məşğul olsun\" - Fədayə Tacir barədə DANIŞDI - FOTO

\
 Bir sual verəcəm, amma əsəbiləşməyin. Bu sualı hökmən verməliyəm. Tacir bəy duet ortağınız olub. O deyir ki, Fədayə xanımla duet oxuyacam. Siz nə deyərdiniz bu məsələyə?
 

Sfera.az  xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"in efirində bir həftədir azadlığa çıxan Fədayə Laçına canlı telefon bağlantısı zamanı müraciət edib.

Fədayə Tacirlə duet söz-söhbətinə aydınlıq gətirib:

- Belə eşitdim ki, paylaşıblar ki, mən rədd cavabı vermişəm. "Rədd cavabı" sərt səslənir. Mən elə deməmişəm. Mən demişəm ki, biz həmişə, onsuz da, toylarda, çəkilişlərdə duet oxuyuruq da. Mən dedim ki, onunla bir daha duet lentə aldırmaq, duet ortağı kimi onunla çalışmaq fikrim yoxdur. Rədd cavabı başqa şeydir. Rədd cavabı o deməkdir ki, getsin öz işiylə məşğul olsun. Mən elə deməmişəm. 

Tacir müəllim deyir ki, mən onun yanına gedib-gəlmək istəyirdim. Dedilər yanına ailəsi gedir, başqa adamı buraxmırlar

- Düz deyir. Ora heç kimi buraxmırdılar. Onunla mənim aramda heç vaxt elə bir problem olmayıb. 

Onun gəlməyini, türklər demiş, özlədinizmi, umdunuzmu?

 

- Yox, mən, ümumiyyətlə, heç kimdən mənim yanıma gəlməyini ummadım. 


Qeyd edək ki, Fədayə Laçın azadlığa çıxması münasibətilə dünən paytaxtın məşhur məkanlarından birində yığıncaq təşkil edib. O məclisdə iştirak edən sənət adamları arasında Manaf Ağayev, Aftandil İsrafilov, Zaur Rzayev, Nadir Qafarzadə, Aygün Bəylər, Eldəniz Məmmədov, Zakir Əliyev, Nazpəri Dostəliyeva, Rövşən Əziz, Nazilə Səfərli, aparıcılar Tarix Əliyev (Tolik), Elgiz Əkbər və başqaları olub.

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.



OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...