Bu nazirliyin rəhbər heyəti də 1 aylıq əmək haqqını fonda bağışladı

Bu nazirliyin rəhbər heyəti də 1 aylıq əmək haqqını fonda bağışladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "COVİD-19” zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sfera.az-a daxil olan məlumata görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər heyəti 1 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb. Məqsəd adıçəkilən virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir. Məqsəd adıçəkilən virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir. 

 

Xatırladaq ki, koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyanın prioritetinə çevrilib. Ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri biznes və iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərir.

Məlumat üçün bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...