“Bu, müstəqillik dövrünün ən böyük səhiyyə xərcləridir” – Əhliman Əmiraslanov

“Bu, müstəqillik dövrünün ən böyük səhiyyə xərcləridir” – Əhliman Əmiraslanov
"İcbari tibbi sığorta zərfində olan xidmətlərin sayını 2022-ci ildə iki dəfə artırsaq, əhali üçün daha yaxşı olar".

Sfera.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Deputat növbəti il üçün səhiyyə xidmətinə ayrılan xərclərdən də danışıb:

"2022-ci ildə büdcəmizdə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcləridir. Yəni ötən illə müqayisdə səhiyyə xərcləri 7.1 % artırılaraq 1 milyard 789 milyon manata çatdırılıb. Beləliklə, Azərbaycan büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisi 6 %-ə qaldırılıb. Bu, çox ciddi rəqəmdir. Səhiyyə xərcləri ilə bağlı son illərin dinamikasına baxsaq, görərik ki, Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfə artıb. Bu xərclər icbari tibbi sığorta, pandemiya və səhiyyənin digər sahələrinə ayrılıb. Çox təəssüf olsun ki, tibb elminin tədqiqatı üçün ayrılan xərclər çox azdır".
 
Əzizə
 

OXŞAR XƏBƏRLƏR