\"Bu münaqişədə \"Game of Thrones\"dakına oxşar situasiyanı müşahidə edirik\" - Emin Milli

\
"Bu münaqişənin beynəlmiləlləşməsi ən təhlükəli tendensiyalardan biridir. Dünən IWPR tədbirində Ermənistanın niyə bu münaqişənin beynəlmiləlləşməsində böyük marağının olduğu ilə bağlı fikirlərimi dilə gətirdim (çünki müharibəni təkbaşına uduzurlar)".
 
Sfera.az bildirir ki, bunu Meydan TV-nin sabiq rəhbəri, siyasi fəal Emin Milli özünün "Facebook" hesabında yazıb. 

O, Ermənistanın əsas məqsədinin Türkiyənin rolunu şişirtmək, Rusiyanı münaqişəyə cəlb etmək, Rusiya ilə Türkiyə arasında problem dizayn etmək, orta əsr xristian hissləri ilə oynamaq, bunu dini münaqişə kimi təqdim etmək, bunları qlobal təbliğat vasitələri ilə media və siyasətə yeritmək olduğunu bildirib. 

Onun sözlərinə görə, beynəlxalq medianın diqqət yetirməli olduğu bir maraqlı məqam da ərəb dünyasının Ermənistana artan dəstəyidir:

"Onsuz da Orta Şərqdən gələn çox sayda muzdlu və ya könüllü var. Humanitar yardım adı altında Ermənistana maliyyə və texniki dəstək verilməsi və ya silah göndərilməsi məsələsi hərtərəfli araşdırılmalı və bu barədə məlumat verilməlidir. 

"Qatar Aiways"in bu şəklini görəndə daha da təəccübləndim.
 
Məsələ bu münaqişədə tərəf və ittifaq dəyişdirməyə gələndə "Game of Thrones"dakına oxşar situasiyanı müşahidə edirik.

İsrail Azərbaycanı, İran kimi bəzi müsəlman ölkələr isə Ermənistanı dəstəkləyir.Bu şəkildəki Səudiyyə Ərəbistanı, Misir, BƏƏ haradadır? Bəs Qətər? Bu, jurnalist araşdırması üçün heyrətamiz bir mövzudur.

Azərbaycan bütün bu ölkələrə bunun sadəcə Azərbaycanla Ermənistan arasında olduğunu, Türkiyə və ya İsraildən söhbət getmədiyini bildirməyə çalışmalıdır.
Bu ziddiyyətin beynəlmiləlləşməsinin qarşısını bu baxımdan da almalıyıq!".
 

 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...