“Bu, Moskvanın “kökə və kötək” siyasətinin tərkib hissəsidir” - Politoloq
13:57 / 03.05.2021
1901
"Politoloq Sergey Makrovun Fransanın vasitəçilik missiyasına
qarşı çıxması və onun Almaniya ilə əvəzlənməsi barədə açıqlaması təsadüfi
deyil”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Natiq
Miri deyib. Politoloq düşünür ki, Moskva heç bir vəchlə Qarabağda digər xarici
qüvvənin dominant olmasını istəmir:
"Putin Makronla Qarabağ məsələsini müzakirə etsə də,
ancaq Rusiya siyasətşünasları səviyyəsində Moskva Fransanın o qədər də
arzuolunan ölkə olmadığı mövqeyini ortaya qoyur, yaxud da belə bir görüntü
yaradır”.
Həmsöhbətimiz qeyd etdi ki, Moskva bu məqamdan Azərbaycana
təzyiq mexanizmi kimi istifadə etməyə çalışır: "Yəni Rusiyadan başqa erməni havadarları olan digər
ölkələrin prosesə müdaxiləsinin Azərbaycana müsbət nəticələr verməyəcəyi
mesajını Bakıya verir. Digər tərəfdən,
isə siyasətşünasların dililə Parisin prosesdə iştirakının arzuolunmazlığını
göstərir. Əslində, Rusiya siyasətşünaslarının dediyində böyük həqiqət var.
Çünki, Fransa birmənalı olaraq Ermənistanı dəstəkləyir, ona görə də tərəf olan
ölkə vasitəçi ola bilməz”.
Fransanın Minsk qrupunda Almaniya ilə əvəzlənməsinə gəldikdə,
politoloq buna da lüzum görmür: "Artıq ATƏT-in Minsk qrupunun görə biləcəyi
hansısa iş qalmayıb. Onlar üçün Qarabağ
məsələsi bitib. Fransanın Almaniya əvəzlənməsi də bu müstəvidə yersizdir.
Çünki, belə vəziyyət ATƏT-in Minsk
qrupunu diriltmək anlamına gələcək. Parisin Berlinlə dəyişdirilməsi də heç nəyi
dəyişməyəcək. Berlinin Azərbaycan və Qarabağla bağlı ortaya qoyduğu mövqe də
beynəlxalq hüquqa ziddi mövqedir.
Elçin