Bu məzmunlu statusları yazmaq olmayacaq - "Facebook”dan QƏRAR

Bu məzmunlu statusları yazmaq olmayacaq -
"Facebook” şirkəti sosial şəbəkə platformasında siyasi məzmunlu informasiyaların sayını azaldacaq.

Sfera.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Mark Zukerberq illik maliyyə hesabatını təqdim etdiyi çıxışında deyib.

"Facebook”un verdiyi məlumata əsasən, siyasi xarakterli informasiyalar şəbəkədə olan statusların içində təxminən 6%-lik payı tutur. Mark Zukerberq abunəçilərdən xəbər lentində bu cür informasiyaların sayının azaldılması ilə bağlı hər gün minlərlə istək aldıqlarını söyləyib. O, insanların əsas istəklərinin nədən ibarət olduğu barədə ciddi araşdırmalar apardıqlarını və tezliklə bir neçə testin keçiriləcəyini sözlərinə əlavə edib.

Şirkətin planına əsasən, şəbəkədə siyasi məzmunlu məlumatların azaldılması ilə bağlı ilk addım Kanada, Braziliya və İndoneziyada atılacaq. Amerikalılar tətbiq olunacaq yenilikləri hələ bir neçə həftə sonra hiss edəcəklər.

Bununla bərabər "Facebook” dövlət strukturları tərəfindən ötürülən informasiyaları, habelə koronavirusun yeni tipləri barədə verilən xəbərləri, o cümlədən səhiyyə orqanlarının elanlarını olduğu kimi çatdıracağını vəd edib.

Xatırladaq ki, "Facebook” şirkəti 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində xüsusilə Demokrat partiyasının nümayəndələri tərəfindən ciddi tənqidə məruz qalıb.

Belə ki, demokratlar həmin seçkilərdə Rusiya xüsusi xidmət orqanlarının kiberəməliyyatlarla sosial şəbəkədə on minlərlə saxta hesab və bot yaradaraq keçmiş prezident Donald Trampın lehinə reklam verdiklərini, onun rəqibi Hillari Klintonun isə qaralama kampaniyasına məruz qoyulduğunu söyləyirdilər. Buna görə, hətta Mark Zukerberq Senatda ifadə verməyə məcbur qalmışdı.


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...