“Bu mənəviyyatsızlar tapılmalıdır, polisə müraciət etmişik” – Mərhum pilotun qayınatasından AÇIQLAMA

“Bu mənəviyyatsızlar tapılmalıdır, polisə müraciət etmişik” – Mərhum pilotun qayınatasından AÇIQLAMA


"Biz bu xəbəri yaxınlarımızdan öyrəndik. Kimlərsə instaqramda qızım Könül Hüseynovanın adına saxta profil açaraq ailələrinin köməyə ehtiyacı olduğunu söyləyir və bununla bağlı hansısa yardım toplamaq kompaniyası başladıblar”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında şəhid pilot Rəşad Atakişiyevin qayınatası politoloq Qabil Hüseynli söyləyib. Qızı Könül Hüseynovanın ailəsinin heç bir yardıma ehtiyac duymadığını vurğulayan Hüseynli bu ifadələri dilə gətirib.

 

"Guya qızımın övladlarının xəstəliyi ilə bağlı Türkiyədə müalicəsi üçün pul toplanır. Könülün övladları tam sağlamdır və heç bir müalicəyə də ehtiyacları yoxdur. Mənim qızımın heç bir sosial şəbəkədə hesabı yoxdur. Qızım Könül Hüseynova Musiqi Akademiyasının dosentidir, dövlətdən qənaətbəxş maaş alır. Üstəlik ona böyük ehtimalla dövlət də övladlarına görə pensiya kəsəcək. Nəyə isə ehtiyacı olacağı halda isə Könül tək deyil, onun ailəsi həmişə yanındadır”.

 

Çirkin kompaniyanı başladanları "mənəviyyatsız” adlandıran politoloq artıq hüquq-mühafizə oranlarına müraciət etdiklərini və təqsirkarların ən yaxın zamanda cəzalandırılacaqlarına inandıqlarını bildirib.

 

"Belələri mənəviyyatsız adamlardır. Bu iyrənc kompaniya şəhidimizə, onun ruhuna, ümumiyyətlə bütün şəhidlərimizə sayğısızlıqdır. Biz artıq hüquq – mühafizə orqanlarına ərizə ilə müraciət etmişik. Ən yaxın zamanda bu işlərin icraçılarının cəzalandırılacağına əminəm”.

 

Səbuhi

 

Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...

Nizami rayonunda 500 ağac əkildi

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dün...

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...