Bu məhsullar 22 faiz BAHALAŞIB

Bu məhsullar 22 faiz BAHALAŞIB
Dünyada əmtəə qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi Azərbaycana idxal edilən malların da kəskin şəkildə bahalaşmasına səbəb olur.

 

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin iyul ayında idxal olunan məhsulların orta qiyməti əvvəlki ayla müqayisədə 1,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 22,2 faiz artıb. Bu ilin yanvar-iyul ayları ərzində 2021- 2020-ci ilin yanvar-iyul aylarına nisbətən isə qiymətlər 21,9 faiz yüksəlib.

 

Azərbaycan xaricdən əsasən gündəlik istehlak mallarını idxal etdiyindən ölkəmizdə pərakəndə şəkildə satılan məhsulların dəyərində ciddi artım müşahidə edilir. Hazırda ölkəmizdə satılan malların 40 faizi idxal edilən mallardır.

 

Kəskin bahalaşma ixrac olunan məhsullarda da qeydə alınıb. 2021-ci ilin iyul ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 40,3 faiz, 2021-ci ilin yanvar-iyul aylarında 2020-ci ilin yanvar-iyul aylarına nisbətən isə 43,8 faiz artıb.

 

 

 

Azərbaycandan ixrac edilən malların daha çox bahalaşması neft, qaz və neft məhsullarının qiymətinin xeyli yüksəlməsi ilə bağlıdır. Ölkəmizin ixracında bu məhsulların payı 90 faiz təşkil edir.

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR