Bu maşın 25 il qarajda saxlanılıb və heç sürülməyib - FOTO
08:08 / 11.02.2016
2621
Sosial şəbəkələrdə 25 ildir istifadə edilməyən "06" Jiquli avtomobilinin fotoları yayılıb.
BAKU.WS məlumat verir ki, maşın 25 ildir ki, qarajda saxlanılır. 1991-ci ilin yanvarında alınmış maşın cəmi 1349 kilometr yol gedib. Moskvadan Odessaya aparılıb və orada qaraja salınıb. 25 il ərzində heç vaxt yuyulmayıb, mühərriki işə salınmayıb.
Sfera.az sözügedən VAZ-2106 avtomobilinin fotolarını təqdim edir.