Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir - Sərnişinlərin nəzərinə
13:30 / 12.10.2019
2121
Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.