Bu ölkədə sosial mediadan istifadə qadağan oluna bilər

Bu ölkədə sosial mediadan istifadə qadağan oluna bilər
İngiltərədə sosial şəbəkələr qadağan oluna bilər.
 
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Naziri Mətt Hənkok zərərli məzmunlar aradan götürülməsə sosial mediaya qadağalar qoyula biləcəyini deyib.
 
BBC-ə müsahibə verən nazir buna məcbur olduqlarını bildirib. Onun sözlərinə görə özünə qəsd edən, intihara əl atanların görüntülərinin paylaşılmasının qarşısının alınması üçün sosial media şirkətlərinə müraciət edib. 2017-ci ildə İngiltərədə 14 yaşlı Molli Rassel intihar görüntülərini izlədikdən sonra özünə qəsd etmişdi. Mollinin atası mətbuata açıqlamasında demişdi ki, "Instagram” qızının axırına çıxıb. "Instagram”dan reaksiya gecikməyb. Şirkətdən bildirilib ki, ruhi sağlamlıqla bağlı problemləri mütəxəssislərlə müzakirələrə başlayıblar. "Instagram”ın sahibi "Facebook” şirkəti də məsələyə ciddi yanaşacaqlarını və belə paylaşımlara icazə verməyəcəklərini açıqlayıb. İngiltərədə fəaliyyət göstərən "Papyrus” son bir həftədə 30 ailənin onlara müraciət edərək sosial medianın uşaqlarının intiharında rol oynadığı barədə müraciət etdiklərini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR