Bu ölkədə siçana nəhəng heykəl qoyuldu - Foto

Bu ölkədə siçana nəhəng heykəl qoyuldu - Foto

Yaponiyada Tatsumizu şintoist məbədinin qarşısında nəhəng siçan abidəsi ucaldılıb.

Sfera.az xarici mediaya istinadən bildirir ki, dekabrın 29-da açılışı baş tutan heykəl 2020-ci ilin rəmzini, yəni siçan ilini özündə əks etdirir.

Üç metr hündürlüyündə olan heykəl könüllülər və uşaqlar tərəfindən bir neçə ay ərzində penoplastdan hazırlanıb.

Bildirilib ki, hər il Şərq təqvimi ilə növbəti ilin rəmzini düzəltməklə Yeni ildə xoşbəxtlik və bol məhsul üçün dualar edir, heykəlin əlində tutduğu qızıl məşəl isə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı yapon idmançıların daha çox qızıl medal qazanmaq arzusunu ifadə edir. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR