Bu ölkədə dronlar qadağan olundu
18:11 / 25.04.2019
4069
Terrorla mübarizə çərcivəsində bu ölkədə dronlar qadağan edilib.
Sfera.az xəbər verir ki, həftəsonu kilsə və otellərə edilən terror hücumlarından sonra Şri-Lankada dronlar qadağan olunub.
Bu barədə Şri-Lanka Mülki Aviasiya Administrasiyasından açıqlama verilib. Açıqlamada dron və pilotsuz uçan aparat qadağasının ölkədə mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla tətbiq edildiyini bildirilib. Xatırladaq ki, Şri-Lankada 21 apreldə həyata keçirilən hücumlarda 321 nəfər ölmüş, 500-dən insan yaralanmışdı. Terror aktlarının məsuliyyətini İŞİD üzərinə götürmüşdü.
Xatırladaq ki, terror aktını həyata keçirənlər imkanlı şəxslərin övladları olduğu artıq rəsmən təsdiq edilib.