Bu küçələrdə "tısbağa yerişi" var
Gündəm
10:10 / 11.05.2016
2007
Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkət sürəti saatda 9-10 km-dək enib.
Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a bildiriblər ki, bu gün səhər saatlarından etibarən paytaxtın Azadlıq, Moskva prospektlərində, Nəsibbəy Yusifbəyli küçəsində, Rahib Məmmədov-Aşıq Ələsgər və Molla Pənah Vaqif-Fətəli Xan Xoyski küçələrinin kəsişməsində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.
Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.