Bu kartoflardan yeməkdə istifadə etmək olmaz - Alimlərdən məsləhət
Soyuducuda saxlanılan kartof
Soyuducuda saxlanıldıqdan sonra kartofun tərkibindəki nişasta şəkərə çevrilir. Bu cür kartofu diabetdən əziyyət çəkən insanlara istifadə etmək olmaz. Bundan savayı, belə kartof bişirilən zaman tərkibində xərçəngin yaranma riskini artıran akrilamid formalaşır.
Cücərmiş və ya üzərində yaşıl ləkələr olan kartof
Cücərmiş kartofu istifadə etmək məsləhət görülmür, belə ki, artıq onun tərkibində faydalı maddələr qalmır. Yaşıl ləkələr isə solaninin yüksək miqdarda olmağından xəbər verir. Bu maddə isə öz növbəsində ürək bulanmasına, süstlüyə, böyrəklərin infeksiyasına, ürəyin aritmiyasına gətirib çıxara bilər.
Qabıqlı kartof
Pis qoxulu kartof
Şirintəhər və ya kif iyi bitkinin korlandığını bildirir. Yaxşı kartofdan xoş torpaq iyi gəlir.
Sulu ləkələri olan kartof
Kartofun üzərində sulu ləkələrin olmağı, onun göbələk və ya bakteriyalara ("Erwina caratovora" kimi) yoluxmağından xəbər verir. Belə kartofu da yemək bişirən zaman istifadə etmək olmaz.
(oxu.az)