Bu kartoflar insan sağlamlığı üçün təhlükəlidir

Bu kartoflar insan sağlamlığı üçün təhlükəlidir
Kartofun keyfiyyəti onun sortundan, yetişdirildiyi şəraitdən, daşınma və saxlanma şəraitindən asılıdır. Kartof düzgün şəraitdə saxlanmadıqda orqanoleptik xüsusiyyətində və tərkibindəki qida maddələrində baş verən dəyişikliklərlə yanaşı, bir çox göbələk xəstəlikləri də yaranır.

Sfera.az xəbər verir ki, ən çox rast gəlinən göbələk xəstəliklərindən biri kartofun qara çürüməsidir. Xəstəliyin törədicisi olan göbələklərin inkişafı nəticəsində məhsulun üzərində 55-160 mkm diametrli, qara rəngli, şarşəkilli piknidlər və birhüceyrəli, rəngsiz konidilər formalaşır. Qeyd edək ki, Phoma andigena göbələyi kartof bitkisinin yarpaqlarında qırmızımtıl rəngli, kiçik diametrli (2.5-10 mm) konsentrik ləkələr əmələ gətirir. Müəyyən vaxt keçdikdən sonra bu ləkələr qaralmağa başlayır.

Kartofun keyfiyyətinə mənfi təsirin qarşısını almaq üçün məhsulun saxlanma şəraitinə və temperatur rejiminə nəzarət olunmalıdır. Qeyd edək ki, gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, başağrısı və baş dönməsi yaradır. Buna görə də rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir. Kartofun qaranlıq yerdə saxlanması vacibdir. Məhsulu polietilen torbalarda da saxlamaq olmaz. Kartofu hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq lazımdır. Karton qutularda saxlandığı təqdirdə qutunun divarlarında hava dəlikləri açılmalıdır. Bundan başqa, kartofu rütubətli şəraitdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayacaq. Məhsulu mümkün qədər sərin və quru şəraitdə saxlamaq lazımdır. 

Qeyd edək ki, kartof saxlanan yerdə rütubət 85-90 faiz olmalıdır. Günəş işığı altında kartofun saxlanması üçün 21-22° C temperatur və 35-43 faiz rütubət tələb olunur. Qaranlıq və havalandırılmayan otaq şəraitində kartofun saxlanması üçün 20-21° C temperatur və 55-83 faiz rütubət təmin edilməlidir. Qaranlıq soyuducuda məhsulun saxlanması zamanı temperatur 4-6° C, rütubət 22-39 faiz, işıq altında isə 22-23° C və 33-47 faiz rütubət olmalıdır.

Məhsulun xarab olmasının qarşısını almaq üçün vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır. Çünki bir kartofda yaranan zədə digərlərinin də çürüməsinə səbəb olacaq.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...