Bu insanlar təkrar koronavirusa yoluxma riskindədirlər - İmmunoloq açıqladı

Bu insanlar təkrar koronavirusa yoluxma riskindədirlər - İmmunoloq açıqladı
Analizlər koronavirusa qarşı yüksək miqdarda ümumi anticisim titri göstərsə belə, bu, insanın yenidən yoluxmayacağı anlamına gəlmir.

Sfera.az xəbər verir ki, "Sputnik”in məlumatına görə, bu barədə Rusiyada tibb elmləri namizədi, immunoloq, "Clinical Excellence Group”un baş direktoru Nikolay Kryuçkov xəbərdarlıq edib.

Onun sözlərinə görə, əslində orqanizmi qoruyucu funksiyaları olan immunitet sisteminin xüsusi hüceyrələri, həmçinin qoruyucu anticisimlər qoruyur, yəni bütün anticisimlər bura aid deyil.

"Anticisimlərin əksəriyyəti, ən azından əhəmiyyətli bir hissəsinin qoruyucu xüsusiyyətləri yoxdur... Bu səbəbdən bizi ilk növbədə qoruyucu anticisimlərin titri və ya nisbəti maraqlandırır. Bu anticisimlər müəyyən vəziyyətlərdə yetərli olmaya bilər”, - deyə Kryuçkov əlavə edib.

İmmunoloq bildirib ki, koronavirusa qarşı vaksin vurdurmuş və ya bu xəstəliyi keçirmiş insanlar müdafiə tədbirlərinə laqeyd yanaşmamalıdır.

"Xəstəliyi keçirdikdən və ya vaksinasiyadan sonra sonra yoluxma şansı dəfələrlə azalsa da, tamamilə yox olmur” , - deyə o qeyd edib.

İmmunoloq koronavirusa yenidən yoluxma riski ilə qarşılaşan insanların kateqoriyalarını da sadalayıb. Həkim bu siyahıya immuniteti zəif olan hər hansı alt qrupun daxil olduğunu bildirib.

"Söhbət birincili və ya ən çox görülən ikincili (qazanılmış) immun çatışmazlığı diaqnozu qoyulan insanlardan gedir”, - deyə mütəxəssis qeyd edib.  

Kryuçkov həmçinin autoimmun xəstəliklərdə, onkologiyada, ağır xroniki xəstəliklərdə immunitet reaksiyasının azaldığını vurğulayıb.

"Bundan başqa immunitet sisteminin reaktivliyi azalmış yaşlı insanlar yenidən koronavirus xəstəliyinə yoluxa bilərlər”, - deyə immunoloq xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...