“Bu insanlar pensiya yaşına çatdıqda pensiya ala bilməyəcək” – Deputat hökumətə çağırış etdi

“Bu insanlar pensiya yaşına çatdıqda pensiya ala bilməyəcək” – Deputat hökumətə çağırış etdi
"İnkişaf etmiş ölkələrdə insanlar pensiyaya çıxdıqdan sonra həyatlarının romantik dövrünə qədəm qoyurlar. Azərbaycanda isə insanlar pensiyaya çıxdıqdan sonra həyatlarının ən məşəqqətli mərhələsini yaşayır".

Sfera.az-ın məlumatına görə, bunu deputat Əli Məsimli Milli Məclisin bugünkü iclasında deyib. Millət vəkili bəzi bölgələrdə insanların pensiya yaşına çatdıqdan sonra pensiya ala bilməyəcəyini bildirib:

"Pensiyaların artırılması əməkhaqlarının artırılması ilə paralel aparılır. Ölkə üzrə orta aylıq əməkhaqqı 733 manatdır, bu göstərici Bakı üzrə 1000 manata yaxındır. Şəki - Zaqatala bölgəsində isə orta aylıq əməkhaqqı 350-450 manatdır. Bu əhalinin xeyli hissəsi maaşlar aşağı olduğu üçün pensiya yaşı çatanda pensiya ala bilməyəcək. Bu regionlarda həyat səviyyəsinin aşağı olması ilə bağlı Azərbaycan üçün ciddi problem yaradır. Düşünürəm ki, bu istiqamətdə ciddi araşdırma aparılmalıdır”.
 
Əzizə Zeynal  

OXŞAR XƏBƏRLƏR