Bu ilin təhsil xərcləri necə icra edilib?

Bu ilin təhsil xərcləri necə icra edilib?
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq, 1363 milyon manat icra edilib.

Sfera.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin "Dövlət büdcəsinin, o cümlədən, büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabat”ında yer alıb.

Bildirilib ki, təhsil xərcləri 1450,1 milyon manat proqnoza qarşı 94 faiz və ya 87,1 milyon manat kəsirlə icra edilərək, illik proqnozun 41,6 faizini təşkil edib.

Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra olunub.

Büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrası hesabatına əsasən, 2021-ci  ilin dövlət  büdcəsində təhsil xərcləri üzrə təsdiq olunmuş 3277,7 milyon  manat məbləğində büdcədən ayrılan və büdcədənkənar  vəsaitin 3258,4 milyon manatı büdcə təşkilatlarının sifarişləri əsasında 17 proqramın (32 hədəf üzrə 102 tədbirin) icrasına yönəldilib.

2021-ci  ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri bölməsindən 1363 milyon manat vəsaitin yönəldilməsi  ilə 16 proqramın (28 hədəf üzrə 80 tədbirin) icrasına başlanılıb ki, bu da proqnozlaşdırılan vəsaitin 41,8 faizini təşkil edir.

Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri bölməsində nəzərdə tutulmuş proqramların icrası üçün xərclənən vəsaitin əsas hissəsi (61,3 faiz və ya 836 milyon manat) "Ümumi təhsil” proqramı, ən az hissə isə (0,14  faiz vəya 1,9 milyon manat) "Təhsil sahəsində tətbiqi tədqiqatlar” və "İstedadlı uşaqların işinin təşkili” proqramları təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...