Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək

Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 61 e-xidməti fəaliyyət göstərir. Onlardan 34-ü proaktiv xidmətlərdir. Eyni zamanda, son iki ildə 30-dək e-arayış xidməti də istifadəyə verilib.

Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu barədə Nazirlikdə sosial sahədə İT texnologiyalarının tətbiqi proqramının icrasına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib. 

Vurğulanıb ki, dövlət xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi ilə bağlı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə də uğurla icra olunur. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə proaktiv xidmətlərin yaradılması sahəsində mühüm işlər aparılır.

Son iki ildə pensiya, sosial müavinət və təqaüdlərin təyinatı, həmçinin sosial sığıorta sahəsində xidmətlər elektronlaşdırılıb. Ötən il sosial təminat növləri üzrə 95 min təyinat və 190 minə yaxın fərdi hesabın açılması proaktiv  qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə isə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb.  Həmçinin 2020-ci ildə Nazirliyin fəaliyyət sahələri üzrə elektron arayış xidmətləri vasitəsilə 535 min 159 arayış verilib. "E-sosial” portalına müraciətlərin sayı isə ötən il 41,8 milyondan çox olub. 

Bu il də elektron xidmətlərin yaradılması işləri geniş vüsət alacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin sayının 100-ə çatdırılması hədəflənir ki, nəticədə qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması təmin olunacaq.
İclasda elektronlaşdırma proqramı üzrə qarşıda duran vəzifələr müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...