Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq? - VİDEO

Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq? - VİDEO
2020-ci ilin mart ayından koronavirusun geniş yayılması ilə əlaqədar məktəblərin bağlanması və ötən tədris ilində də əsasən "online" təhsilə üstünlük verilməsi təhsil ictimaiyyətini yeni dərs ilinin formatı ilə bağlı tərəddüdlər qarşısında qoymuşdu. Dünən təhsil naziri Emin Əmrullayevin yeni dərs ilinin mərhələli şəkildə sentyabrın 22-si və 29-unda başlayacağı haqda açıqlaması isə, məktəb geyimlərinin alış-verişində canlanma yaradıb. Bəs görəsən şagird sayı qədər məktəbli forması varmı və qiymətlərdə dəyişiklik olubmu? 

Yeni dərs ilinin yeni vaxtda başlaması və bu xəbərin dünən elan olunması bugün ənənəvi məktəbli geyimlərinə təlabatı artırdı. Təhsil naziri Emin Əmrullayevin açıqlaması məktəbli geyimi almaq üçün növbədə olan valideynləri hərəkətə keçirtdi. 

Bu il ilk dəfə aşağı və yuxarı sinif şagirdləri üçün dərslər müxtəlif vaxtlarda başlayacaq. Amma geyim almaq növbəsində aşağı sinif şagirdlərinin valideynləri ilə yanaşı, yuxarı sinif şagirdlərinə də valideynlərinə rast gəlinir. 9-cu sinif şagirdi Əli deyir ki, dərslərin başlama vaxtı dəqiqləşən kimi özünə mətkəbli forması almağa gəlib. 

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyir ki, məhz ötən gün dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlum açıqlamadan sonra məktəbli geyimlərinin satışında artım var. Artan təlabat isə, hansısa qıtlıq ilə nəticələnməyib. 

Yeni tədris ilinə hazırlaşan valideynlər məktəbli geyimlərinin qiymətində bu il də hansısa dəyişikliklə rastlaşmayacaqlar. 

Qeyd edək ki, ölkəmizdə orta məktəb şagirdlərinin sayı təqribən 1 milyon 500 min nəfərdən çoxdur və onlar üçün nəzərdə tutulan məktəbli formalarının qiymətində sonuncu dəyişiklik 2017-ci ildə edilib. 


OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...