\"Bu il keçirilən buraxılış imtahanlarından razı qalmadıq\" - Təhsil eksperti problemlərdən DANIŞDI

\
Məlum olduğu kimi ölkə üzrə artıq bir neçə həftədir ki, buraxılış imtahanları keçirilir. İmtahanlar növbəlilik əsasında bölgələr üzrə təşkil edilir.
 
Maraqlıdır, distant təhsildən sonra imtahan verən abituriyentlərin nəticələri qənaətbəxşdirmi? İmtahanlarda hansı problemlər yaşanır?
 
Məsələ ətrafında Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bu il keçirilən imtahanların əvvəlki imtahanlardan xeyli fərqləndiyini bildirib. Müsahibimiz abituriyentlərin hazırlaşmasında problemlərin olduğunu, riyaziyyat fənni üzrə nəticələrin zəifliyini qeyd edib:

"Bu il imtahan verəcək 11-ci sinif şagirdləri əvvəlki illərdən fərqli olaraq məktəbə ayaq qoymayıblar. Onlar məktəbə getmədən orta ümumtəhsil məktəblərindən buraxılış imtahanı veriblər. Etiraf edək ki, bir il ərzində tədrisin olmaması, pandemiya səbəbindən dərslərin onlayn qaydada keçirilməsi eyni zamanda zəfərimizlə başa çatan Vətən müharibəsini nəzərə alsaq, hər ikisi birmənalı şəkildə uşaqların dərslərə hazırlaşmasına və resurlarına ciddi şəkildə təsirini göstərdi. 

Hesab edirəm ki bu amillər mütləq olaraq imtahanlarda nəzərə alınmalı idi. Artıq 15 apreldən etibarən Dövlət İmtahan Mərkəzi 15-16 aprel, 22-23 apreldə buraxılış imtahanları keçirdi. Bu imtahanlarda 60 minə yaxın 11-ci sinif şagirdi iştirak etdi. Biz bu müddət ərzindəki imtahanları təhlil edərək monitorinq apardıqda görürük ki, riyaziyyat fənnindən təqdim edilmiş test tapşırıqları digər fənlərlə müqayisədə daha çətin olub. Bunun əsas səbəbi bizim şagirdlərimizə onlayn qaydada bu fənnin tədrisinin keyfiyyətli tədris edilməməsi ilə əlaqədardır. 

Şagirdlər riyaziyyatdan ciddi şəkildə əziyyət çəkiblər. Müəyyən mövzular var ki, tədris proqramında olmasına baxmayaraq onları ümumiyyətlə keçməmişdilər, çünki o mövzuları onlayn qaydada keçmək mümkün deyildi. Düşünürəmki bu amil də buraxılış imtahanlarının nəticələrinə birbaşa təsirini göstərir". 

Ekspert ali təhsil müəssisələrinə ərizə qəbulunun başlamasının gecikməsindən narazılığını bildirib:

"Digər tərəfdən hələ də indiyədək DİM ali təhsil müəssisələrinə elektron ərizə qəbulunu başlatmayıb. Bu da əvvəlki ilin məzunları üçün müəyyən qədər çətinlik yaradır, çünki hər il aprel ayında bu proses başlayır və mayın əvvəlində bitirdi. Ən gec halda isə aprelin ayının 30-da elektron ərizə qəbulu başa çatırdı. Bu il keçiriləcək imtahanlar hələ də məlum deyil. Bu amil abituriyentlərimiz üçün psixoloji gərginlik yaradır. Ümumiyyətlə keçirilən imtahanlarla bağlı onu deyə bilərəm ki bu il əvvəlki illərlə müqayisədə fərqli nəticələr müşahidə olunur.  

Bu il maraqlı tərəf bundan ibarətdir ki yüksək təhlükəsizlik və yoxlamalara baxmayaraq hələ də abituriyentlər imtahan binalarına telefon apararaq sual kitabçalarından şəkil çəkə bilirlər. Bu ciddi bir faktordur. Hesab edirəm ki, bu amillər mütləq olaraq imtahanlara təsirini göstərəcək. 

Ümumiyyətlə, pandemiya və müharibə şəraiti keçiriləcək imtahanlarda nəzərə alınmalı olan ciddi bir faktorlardır. Biz indiyədək keçirilən 4 imtahan bölgəsində nəticələrdən tam olaraq razı qalmamışıq. Düzdür, Azərbaycan dili və xarici dil fənlərindən nəticələr riyaziyyatla müqayisədə yaxşıdır. Lakin çox təəssüf ki, müəyyən qədər xarici dil fənnindən dinləmə tipli sualları yüksək səslə səsləndirən qurğuda eşidilmə problemi olub. Bizim "listening” adlandırdığımız suallarda müəyyən qədər problem yaşandığının şahidi olmuşuq. Ümumilikdə isə pandemiya dövründə imtahanların keçirilməsini müsbət və yüksək qiymətləndirirəm".

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...