Bu il fitrə zəkatı nə qədər olacaq? - İlahiyyatçıdan AÇIQLAMA

Bu il fitrə zəkatı nə qədər olacaq? - İlahiyyatçıdan AÇIQLAMA
"Qafqaz Müsəlmanlar Şurasının Qazilər Şurasının verdiyi fətvaya əsasən fitrə minimum 5-10 manat civarındadır". 
 
Bunu Sfera.az-a açıqlamasında ilahiyyatcı Hacı Surxay Məmmədli bildirib. İlahiyyatçının sözlərinə görə məbləğ bayram günü günortayadək ehtiyac sahibinə təqdim olunmalıdır:

"Bu məbləğ 3 kq kişmiş, 3 kq buğda, 3 kq un məmulatını əhatə etməlidir. Bu il bayram ayın 13-nə təsadüf edir. Fitrə bayram günü günortayadək ehtiyacı olan insanlara təqdim edilməlidir. Ramazan bayramı anlayışında "mən" anlayışı yox, "biz" faktoru önəm daşıyır. Yediyimiz zaman yox, yedirdiyimiz zaman, geyindiyimiz zaman yox, geyindirdiyimiz zaman bayram olur. Fitrənin verilməsi insanın bir illik sağlamlığı üçün zəmanətdir. Oruc tutan da, tutmayan da fitrəni verməlidir". 

İlahiyyatçının sözlərinə görə evə qonaq gələrsə, həmin şəxsin fitrəsi ev sahibi tərəfindən ödənilir:

"Əgər insanın borcu varsa, o fitrə verməməlidir. Ailə başçısı maddi imkanınına uyğun hər ailə üzvünə görə minimum 5 manat civarında, imkanlıdırsa, 20 manat civarında fitrə ayıra bilər. Bundan əlavə, bayram axşamı, yəni mayın 12-i evə qonaq gəlirsə, onda həmin şəxslərin də fitrə zəkatı ev sahibinin üzərinə düşür". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...