Bu il büdcəyə vergi daxilolmaları 2 milyard manatı ötdü - Nazir
11:58 / 08.04.2021
1077
2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2085,73 milyon manat təşkil edib.
Sfera.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, proqnoza 121,1% əməl edilib:
"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür".