Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir

Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir

Ötən ilin ilk 100 günündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 20 futluq ekvivalentində götürdükdə 1 266 konteyner, 2020-ci ilin ilk 100 günündə isə 2 148 konteyner daşınıb.

Bu barədə "Report"a müsahibəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, epidemioloji durumun sabitləşməsi şərtilə ADY bu il BTQ ilə yükdaşımaların həcminin ötən ilə nisbətən 50% artacağını proqnozlaşdırır.

"Bu xətlə yükdaşımaların həcmində 2019-cu ildə 2018-ci ilə nisbətən 20 futluq konteyner ifadəsində 43% artım olub. Vaqonlarda daşınan yükləri müqayisə etsək 2019-cu ilin ilk 3 ayında 611 vaqon – 40 min ton yük daşınmışdırsa 2020-ci ilin ilk 3 ayında 1 572 vaqon – 70 min ton yük daşınıb”, - ADY rəsmisi qeyd edib. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...