No Image

Bu il Azərbaycanın magistral kəmərlərilə 20 milyard kubmetr qaz nəql edilib

Bu il Azərbaycanın magistral kəmərlərilə 20 milyard kubmetr qaz nəql edilib
 Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,8 milyard kubmetr qaz nəql edilib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. 

Hesabat dövrünə qaz nəqlinin 8 milyard kubmetri və yaxud 40,1%-i Bakı-Tbilisi-Ərzurum - Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Ermənistan hökuməti ermənilərin Qarabağdan təxliyə planını hazırlayır

Ermənistanda Dağlıq Qarabağ əhalisinin təxliyə planı hazırlanır. "Report” xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Qovorit Moskva” ...

Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb, 70 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sfera....

Ermənilər 8 kilometr geri çəkildi - VİDEO

  Türkiyənin "A Haber" kanalı cəbhə bölgəsindən ən son məlumatları çatdırır.  Sfera.az xəbər verir ki, türk kanalı cəbhədən şad xəbər verməkdəd...

Xankəndidə həyəcan siqnalı verilir - VİDEO

  Azərbaycan Ordusunun Qarabağ cəbhəsində keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğal altında olan Xankəndidə də təşviş yaranıb.  Sfera.az&nbs...

Düşmən Ağdərə istiqamətindən geri çəkildi - VİDEO

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Müdafiə Nazirliyi...

"Hər bir ölkənin təcavüzə müqavimət göstərmək hüququ var"

Nüfuzlu Rusiya saytı Pravda.ru Azərbaycanın işğal altındakı ərazilərində aparılan hərbi əməliyyatlarla bağlı məqalə ilə çıxış edib. Sfera.az həmin məqaləni tə...