Bu il Azərbaycanda müvəqqəti yaşama icazəsi alanların sayında artım var - DMX sədri açıqladı
14:47 / 28.07.2021
794
"2021-ci il 2020-ci ilə nisbətdə ölkəyə gələn əcnəbilərin sayında 2.7 dəfə azalma olub"
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 6 ayın yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Xidmət rəisi cari illə bağlı digər statistikaları da açıqlayıb:
"Bu il müvəqqəti yaşama icazəsi alan şəxslərin sayında isə 2.3 faiz artım müşahidə olunub. Bu da sərhədlərin açılması ilə əlaqədardır. Bundan əlavə ölkədə işləmək üçün icazə alan əcnəbilərin sayında isə 32.4 faiz artım qeydə alınıb".
Əzizə Zeynal
Sfera.az