Bu il Azərbaycan neft emalını 133 min tona yaxın artırıb

Bu il Azərbaycan neft emalını 133 min tona yaxın artırıb

Bu ilin yanvar-may ayında Azərbaycanda neft emalı 2,7 milyon ton təşkil edib. 

Sfera.az bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 132,8 min ton çox olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...

İlham Əliyev: "Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur"

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İl...

Azərbaycan Qırğızıstanla energetika əməkdaşlığına dair Anlaşma Memorandumu İMZALADI

Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.   ...