Bu il 75 jurnalist öldürülüb
Dünya
11:10 / 14.12.2019
1521
2019-cu ildə dünyanın 26 ölkəsində öldürülən KİV əməkdaşlarının siyahısı açıqlanıb.
Sfera.az bildirir ki, bu barədə "Press Emblem Campaign" qeyri-hökumət təşkilatının illik hesabatında bildirilib.
Məlumata görə, 2019-cu ildə ümumilikdə 75 KİV əməkdaşı öldürülüb.
Bu il həlak olan jurnalistlərin sayı üzrə siyahıda ən üst pillələrdə yer alan ölkələr isə bunlardır:
Meksika - 13 jurnalist
Əfqanıstan - 8 jurnalist
Pakistan - 8 jurnalist
Suriya - 6 jurnalist
Honduras - 5 jurnalist
Filippin - 4 jurnalist
Jurnalistlərin həlak olduqları ölkələrin arasında həmçinin Ukraynanın, Böyük Britaniyanın, Hindistanın, Braziliyanın, Haitinin, İndoneziyanın və başqa ölkələrin adları var. (yeni sabah)