Bu il 24 məktəb direktoru vəzifəsindən azad edildi

Bu il 24 məktəb direktoru vəzifəsindən azad edildi
Bu il 10 yerli təhsili idarəetmə orqanına yeni təyinatlar aparılıb, 24 məktəb direktoru vəzifəsindən azad edilib.

Sfera.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Qeyd edilib ki, aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.

Nazirlikdən bildirilib ki, 2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasən ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub.

OXŞAR XƏBƏRLƏR