Bu həftə SOCAR Belarusa növbəti partiya Azərbaycan nefti göndərəcək

Bu həftə SOCAR Belarusa növbəti partiya Azərbaycan nefti göndərəcək
 

Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa yeni partiya Azərbaycan neftinin göndərilməsini planlaşdırır.

Bu barədə "Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, iyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti göndəriləcək: "Bu dəfə göndəriləcək Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edəcək”.

O bildirib ki, Supsa limanından yola salınacaq neft Odessa limanına çatdırılacaq və Odessa-Brodı boru kəməri ilə Mozır neft emalı zavboduna nəql ediləcək.

İ.Əhmədov qeyd edib ki, bu günə qədər SOCAR Belarusa ümumilikdə 2,05 mln. barel Azərbaycan və 0,78 mln. barel digər neft nəql edib.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun "Belneftexim” konserni üçün mln. tona qədər neftin nəql etməyi planlaşdırır. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb

  Azərbaycan neftinin qiyməti bahalaşıb. Sfera.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 44,17 dollar tə...

SOCAR tenderlər elan edib - SİYAHI

  SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. SOCAR "Azneft” İB-nin strukturuna daxil olan qurumların 2020-cu il ü...

"BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir"

 Pandemiya dövründə ictimai nəqliyyatda əsas yük avtobus sənişindaşımasının üzərinə düşür. Belə ki, metropolitenin bağlanması ilə sərnişinlərin əksəriyyəti...

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit

  Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun sonuna qədər elan etd...

İyulun 13-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 13.07.2020-ci il ta...

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

 Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobu...