Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA

Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA
 

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir çox karantin məhdudiyyətləri artıq götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəliş hələ də bərpa olunmayıb.
Azərbaycnda əhalinin mühüm bir hissəsinin Bakı və ətraf qəsəbələrdə cəmləşdiyi məlumdur, üstəlik müəyyən şərtlərdən əsas müəssisəlr, tibb ocaqları və digər xidmət, istehsal sahələri Bakı və ətrafında yerləşdiyi üçün regionların Bakı ilə mütəmadi əlaqələri olub. Digər tərəfdən yay gəlib və dərslər başa çatdıqdan sonra əhlinin bir qismi rayonlara üz tutur. Ötən gün Naxçıvanla bağlı məsələ Milli Məclisdə qaldırılıb. Naxçıvana gediş-gəliş hələ də açılmayıb və əhalinin bri qismi hansı ki, karantindən əvvəl getmişdi, onlar hələ də qayıda bilmir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları dövlət və Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir. Bu məsələdə də düşünürəm ki, ən düzgün qərarı Operativ Qərargah verə bilər. Təəssüf son günlərin statistikası heç də ürəkaçan deyil. Gündəlik yoluxanların sayı 200-dən çoxdur. Düzdür, sağalanların sayı da kifayət qədərdir. Amma bu biz də arxayınlıq yaratmamalıdır. Təəssüf ki, yumşalmalardan sonra insanlarda məsuliyyətsizlik artdı. Vətəndaşlarımız bu xəstəlik yoxmuş kimi davranır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə istifadə etmir, ictimai nəqliyyatda, marketlərdə sosial məsafəni qorumurdular. Bilirsiniz ki, bu gündən qoruyucu tibbi maskalardan istifadə məcburidir. Hətta bununla bağlı mayın 31-də Milli Məclisin sonuncu plenar iclasında cərimələr də təsdiq edildi. Düşünürəm ki, cərimələrə görə insanlarımız daha məsuliyyətli olub, qoruyucu tibbi maskalardan istifadə edəcəklər. Təbii ki, tək cərimələr kifayət etmir. "COVİD 19" nədir? Bu virusun insan orqanizmdə hansı fəsadlara səbəb olacağı ilə bağlı istər mətbuatda, istərsə də televiziyada maarifləndirmə işləri aparılmalıdır. İnsanlarımız bu xəstəlik barəsində ətraflı olaraq məlumatlandırılmalıdır. Bu işdə təbii ki, hər birimiz aktiv iştirak etməli, insanlarımızın və gələcəyimizin sağlamlığının qorunmasında tibb işçilərinə yardımçı olmalıyıq".
Deputat qeyd edib ki, rayonlara gediş-gəlişdə məhdudiyyətlərin aradan qaldırılması, düşünürəm ki, bu məsələdə tələsmək olmaz. İnsanlarımızı da başa düşürəm. Havalar isindikcə insanlarımız bölgələrə üz tutmaq istəyəcək. Amma bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Məhz ona görə də daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əmək edərlərsə normal həyatımıza tezliklə qayıda bilərik. Yox əməl etməzlərsə, bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə bunu heç birimiz arzulamırıq".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...